Rusiya Futbol İttifaqında yeni prezident

Rusiya Futbol İttifaqında yeni prezident
XƏBƏR 22 Fevral 2019 / 14:39 1952
-  A +

Rusiya Futbol İttifaqının (RFS) yeni prezidenti müəyyənləşib.

Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, bu vəzifəyə yeganə namizəd olan Aleksandr Dyukov seçilib. O, qurumun növbədənkənar iclası zamanı keçirilən səsvermədə yekdilliklə qalib olub.

Qeyd edək ki, Dyukov bu vəzifədə ötən ilin dekabrında istefa verən Vitali Mutkonu əvəzləyib. O, 2021-ci ilin fevral ayına qədər RFS-ə rəhbərlik edəcək.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner