Rəşaddan türk boksçuya dəstək - Şəkil

Rəşaddan türk boksçuya dəstək - Şəkil
XƏBƏR 22 Fevral 2019 / 11:29 3217
-  A +

Türkiyəli tanınmış boksçu Avni Yıldırım fevralın 24-də amerikalı Antoni Dirrellə super orta çəki dərəcəsində WBC versiyası üzrə dünya çempionluğu uğrunda döyüşə çıxacaq.

Qol.az-ın məlumatına görə, "Qarabağ"ın kapitanı Rəşad Sadıqov vacib görüş öncəsi A. Yıldırıma dəstəyini nümayiş etdirib. Şəxsi "İnstaqram" hesabında türkiyəli idmançı ilə şəklini paylaşan təcrübəli futbolçu ona uğurlar arzulayıb.

A. Yıldırım isə buna qarşılıq olaraq, Azərbaycan və Türkiyə bayraqlarının şəklini paylaşaraq, Rəşada təşəkkürünü bildirib.

Qeyd edək ki, bir çox yarışın mükafatçısı olan türkiyəli boksçu karyerası ərzində keçirdiyi 22 döyüşün yalnız birində məğlub olub, 12 görüşdə isə nokautla qalib gəlib.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner