“Sumqayıt” klubu israilli yarımmüdafiəçi Əli Babayevin Bakıda yol polisini aldatması ilə bağlı açıqlamasına sərt reaksiya verib.
Qol.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov “Qafqazinfo”ya açıqlamasında futbolçunun Dövlət Yol Polisindən üzr istədiyini bildirib:
“Komandamızın futbolçusu Əli Babayevin məsuliyyətini dərk etmədən verdiyi açıqlama ilə əlaqədar demək istəyirik ki, klub rəhbərliyi məsuliyyətsiz yanaşmaya görə kəskin iradını bildirib və onu cəzalandırıb. Futbolçu özü də etiraf etdi ki, bilmədən bu səhvə yol verib. Əli Babayev hesab edir ki, Dövlət Yol Polisi əməkdaşı ona qonaq olduğu üçün şifahi xəbərdarlıq edib. O, bunu Dövlət Yol Polisi əməkdaşının böyüklüyü və qonaqpərvərliyi kimi qəbul edir və üzrxahlıq edir”.
Qeyd edək ki, Əli Babayev İsrail mediasına açıqlamasında yol polisini aldatdığını belə ifadə etmişdi:
"Bir neçə həftə öncə avtomobillə yolun sol zolağı ilə hərəkət edirdim. 100 metrdən sonra yol polisi məni saxladı və onlardan biri azərbaycanca danışmağa başladı. Bir müddətdir Bakıda yaşadığımdan artıq dili başa düşürəm. Ancaq polislərdən yaxa qurtarmaq üçün onları aldatdım. Özümü elə göstərdim ki, sanki heç nə anlamıram. Polisə öz dilimdə "Sizi başa düşmürəm, mən yalnız ivrit dilində danışa bilirəm. Siz bu dili bilirsiniz?" dedim. O, mənə gözləməyimi söylədi və maşınına doğru getdi. Bir neçə dəqiqədən sonra isə qəflətən siqnal verib, yola davam etməyimi bildirdi. Amma belə bir şey İsraildə olsaydı, hətta hind dilində də danışsaydım, polislər mənə cərimə yazmaq üçün "Google Translate" tərcümə proqramından istifadə edərdilər".
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi