“Qarnımın aşağı hissəsində ağrı hiss etdim. Əvvəl heç vaxt belə olmamışdı. Çox dözülməz idi”.
Qol.az-ın Bosniya və Herseqovina mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçki deyib. Bağırsağındakı problemlə bağlı ötən ilin dekabrında əməliyyat olunan xorvatiyalı mütəxəssis 2 aya 20 kq arıqlayıb. Xoşagəlməz hadisəni xatırlayan Prosineçki bunları söyləyib: “Dərhal məni xəstəxanaya apardılar. Qanda zəhərlənmə olmasın deyə təcili bıçaq altına yatmaq lazım idi. Əməliyyat uğurlu keçdi. Ancaq xəstəxanada uzun müddət qalmaq asan deyil”.
Ötən ilin yanvarından Bosniya və Herseqovina millisinə başçılıq edən Prosineçki Avro-2020-nin seçmə mərhələsində mübarizə aparacaqları rəqibləri dəyərləndirib: “Uğursuzluqdan qorxurammı? Qorxsaydım, Bosniyaya gəlməzdim. Nədən qorxmalıyam ki? Seçmə mərhələdəki uğursuzluqdan? Qrupumuzda İtaliya millisi yer alır. Hansı ki, DÇ-2018-ə gedə bilmədilər və yenidən böyük turnirə qayıtmaq istəyirlər. Yunanıstanla köhnə haqq-hesabımız var. Onlar da uzun müddətdir bu cür yarışlara qatıla bilmirlər. Sabiq Avropa çempionlarının da müəyyən hədəfləri var və öz məqsədlərinə nail olmağa çalışacaqlar. Yunanlar arzuolunmaz rəqibdir. Ancaq qarşısıalınmaz deyillər.
Rəqiblərimizdən biri Finlandiyadır. Onlar da Azərbaycan kimi partlamamış bombadır. 50 ildə bir sürpriz edirlər. Finlər ötən seçmə mərhələdə səfərdə Xorvatiya ilə heç-heçə edərək, hamını təəccübləndirmişdi.
Ermənistan? Əgər biz bu yığmadan qorxuruqsa və onlara qalib gələ bilmiriksə, onda heç Avro-2020-yə getməməliyik. Bu, rəqibi qiymətləndirməmə deyil. Amma həqiqətdir”.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi