Emil "Rubin"ə qarşı 90 dəqiqə oynadı - qol buraxmadı

Emil "Rubin"ə qarşı 90 dəqiqə oynadı - qol buraxmadı
ÖLKƏ FUTBOLU 20 Fevral 2019 / 02:12 3594
-  A +

Qış fasiləsində "Səbail"i "Tobol"a dəyişən Emil Balayev Qazaxıstan təmsilçisinin heyətində növbəti oyununu keçirib.

Qol.az-ın məlumatına görə, millimizin qolkiperi Rusiyanın "Rubin" klubu ilə yoxlama görüşündə çərçivəni qoruyub. 90 dəqiqə meydanda olan Emil qapısını toxunulmaz saxlaya bilib.

Qarşılaşma isə "Tobol"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Daha çox


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner