"Azərbaycan çempionatında 8 komanda çıxış edir. Digər ölkələrdə olduğu kimi, burada da zəngin və nisbətən zəif klublar var. "Sumqayıt" yaxşı insanların çalışdığı yaxşı klubdur. Bu komanda mənə "Bney Yehuda"nı xatırladır. Şəhər isə gözəl Bakının yaxınlığında yerləşir".
Qol.az-ın İsrail mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Sumqayıt"ın yarımmüdafiəçisi Əmir Ağayev deyib. Qış fasiləsində Təl-Əviv "Hapoel"indən transfer olunan futbolçu ölkəmizə adaptasiyasından söz açıb. Ağayev bu mövsümün əvvəlində "Sumqayıt"a keçən digər israilli oyunçu Əli Babayevin ona bu məsələdə yaxından kömək etdiyini bildirib:
"Əli Babayev olmasaydı, bəlkə də hər şey mənim üçün daha da çətin olardı. Rus dilini bilirəm, burada isə həm azərbaycanca, həm də rusca danışırlar. Əli çox şeydə mənə kömək edir, bütün gün bir yerdə oluruq. Onun evinə yaxın yerdən mənzil kirayayə götürmüşəm. Burada İsrail telekanallarına baxa bilirəm. Həmçinin oradakı dostlarımla əlaqə saxlayıram. Əvvəllər Əli ilə bir-birimizi tanımırdıq. İndi isə yaxşı dostuq və bunun ona da köməyi olur".
Azərbaycan vətəndaşlılığı almağa hazırlaşdığını vurğulayan yarımmüdafiəçi "Siz özünüzü bu ölkənin millisində görürsünüzmü" sualına bu cür cavab verib: "Sumqayıt"ın prezidenti Riad Rəfiyev mənə milli komandada oynamağı təklif etdi. Görək, necə alınacaq. Mən əsl israilliyəm, damarlarımda israilli qanı axır. Ona görə də bu cür qərarları qəbul etmək asan deyil".
"Sumqayıt"la 1.5 illik müqavilə bağlayan Ağayev Azərbaycanda yaxşı qazandığını gizlətməyib: "Yaxşı mövsüm keçirmək şansım var. Onlar mənimlə ilyarımlıq müqavilə bağladılar. Burada müqavilə çox vacibdir. Maliyyə baxımından narahat deyiləm. Çünki karyeramın bu vaxtında ailəm üçün pul qazanmağı düşünürəm".
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi