“Sumqayıt”ın yarımmüdafiəçisi Elvin Məmmədov Qol.az-a müsahibə verib. Topaz Premyer Liqanın 17-ci turunda səfərdə “Keşlə”yə 1:2 hesabı ilə uduzduqları oyundakı mübahisəli penalti epizodunu şərh edən futbolçu maraqlı fikirlər səsləndirib.
- Son turda “Keşlə”yə uduzdunuz. Əvvəlcə bu oyunla bağlı fikirlərini bilmək maraqlı olardı...
- Oyuna həqiqətən yaxşı hazırlaşmışdıq. Bilirdik ki, uduzsaq, xallar bərabərləşəcək, hətta turnir cədvəlində bizi keçəcəklər. Sadəcə, bəzən olur ki, tam ciddiyətlə hazırlıq keçirsən, amma istədiyin oyun alınmır. Düzdür, “Keşlə” ilk hissədə daha yaxşı oynadı. İkinci yarıda isə üstün tərəf biz idik. Epizodlardan istifadə edə bilsəydik, daha yaxşı olardı. Bəhanə gətirmək istəmirəm, çünki nəticədə uduzmuşuq.
- Oyunun sonuncu dəqiqəsində gənc hakim Rauf Allahverdiyevin qapınıza təyin etdiyi penalti çox müzakirə olundu. Epizodun içində olduğun üçün buna ən yaxşı sən şərh verə bilərsən. Həqiqətən orada Amil Yunanova qarşı qayda pozuntusu var idi?
- Yox, məncə, haqlı qərar deyildi. Həmin vaxt hakimə yaxınlaşıb “Səhv etmə ki, cəzalanma” dedim. Çünki mən Amilə toxunmamışdım. Həmin an penalti verirsənsə, onda gərək, cərimə meydançası daxilində hər epizodda 11 metrlik nöqtəni göstərəsən. Bu, ikili mübarizə idi, ancaq toxunuş olmadı. Elə epizodda penalti vermirlər. Ancaq futbolçu özü yerə yıxılır, hakimi aldadırsa, bu, artıq başqa mövzudur. İstənilən halda hakim hər şeyə hazır olmalıdır. Gəncdir, bəlkə birinci dəfədir Premyer Liqada oyun idarə edir. Artıq olan olub.
- Bəs həmin vaxt Amilə nəsə dedin?
- Əlbəttə, soruşdum ki, niyə yıxılırsan. Dedi, kimsə məni itələdi. Dedim ki, arxanda mən idim, niyə özünü yerə atırsan. Yenə bildirdi ki, kimsə məni itələdi. Futbolçudur, 90+3-cü dəqiqədə komandası penalti qazanırsa, nə etməlidir ki?
- Oyundan sonra Ayxan Abbasov çox əsəbi idi. Hətta istefa verə biləcəyini də istisna etmədi. Yəqin, paltardəyişmə otağında baş məşqçi ilə futbolçular arasında söhbət oldu. Maraqlıdır, Ayxan müəllim içəridə nə danışdı?
- Bəli, söhbət oldu, iradlarını bildirdi. Hər bir komandada bu cür eniş olur. Yenə deyirəm, yaxşı hazırlaşmışdıq. Sadəcə, bəzi nüanslar var ki, daha diqqətli olsaydıq, hesab bu cür olmazdı. Qarşıda “Zirə” ilə oyunumuz var. Buna hazırlaşmaq lazımdır. Hələ heç nə bitməyib. Çempionat uzundur. Həm kubokda, həm də Premyer Liqada şansımız var. Yuxarı sıaradakı komandalarla xal fərqi elə də böyük deyil. Bəlkə də 2-3 oyun ardıcıl qələbə qazansaq, 3 və ya 4-cü yerə çıxmaq olar.
- Bəs, Ayxan Abbasov istefası ilə bağlı futbolçulara nəsə dedi?
- O barədə heç bir söhbət olmadı. Sadəcə, dedi ki, daha ciddi hazırlaşmaq lazımdır. Tam səmimi deyirəm, istefa ilə bağlı heç nə danışmadı.
- Uzun müddətdi oynamırdın. Bunun səbəbi nədir?
- Demək olar ki, eyni nahiyyədən – arxa əzələdən zədə aldım. Oynamamağımın səbəbi sırf bununla bağlıdır. “Keşlə” ilə matçdan öncə Ayxan müəllimlə danışdıq, dedi ki, risk etmək istəmirəm. Amma sağ olsun, sonradan şans verdi.
- Zədədən sonra özünü necə hiss edirsən?
- Yaxşıyam, ağrılarım yavaş-yavaş keçir. Oynadıqca yenidən forma yığacağıma inanıram.
- Elvin, elə də çox yaşın yoxdur. Yenidən milliyə çağırıla bilərsən. Özün necə, dəvət gözləyirsənmi?
- Bu mentaliteti dəyişmək lazımdır. 30 yaş futbol üçün heç nədir. Sadəcə, bizdə 30 yaşın olan kimi, deyirlər, qocadır. Bu da nəyə görədir? Öyünmək kimi çıxmasın, mən 17 yaşımdan futbol oynayıram, getdiyim hər komandada əsas heyət üzvü olmuşam, millinin formasını geyinmişəm. Bəlkə də göz öyrəşib deyə belə düşünürlər. 30 yaş nədir ki? Futbolçu 28-30 yaşından sonra daha ağıllı oynamağa başlayır. Özümdə bu gücü də hiss edirəm. Futbolda zədədən heç kim sığortalanmayıb. Camaat 30 yaşında “Barselona”ya transfer olunur. Demirəm, gedib “Barselona”da oynayacağam. Ancaq 8 komandalı Azərbaycan çempionatında mübarizə aparmağa gücüm var. 34-35 olsaydı, düşünərdim ki, hardasa düz deyirlər. Bunu ona görə demirəm ki, sırf kimsə məni yığmaya çağırsın. Onsuz da heç kimə boş-boşuna dəvət göndərmirlər. Milli komandada oynamaq şərəfdir. Yeni baş məşqçi gəlib. Niyə də olmasın?! Qurban müəllim bunu çox etdi. Millidə oynamayan o qədər futbolçular var idi. Asif Məmmədov neçə yaşından sonra oyununa görə yığmaya çağırıldı.
- Yeni baş məşqçidən söz düşmüşkən, Nikola Yurçeviçlə bağlı nə deyə bilərsən?
- Ancaq uğurlar arzu edirəm. Həm onun, həm də millimiz üçün xeyirli olsun. Məşqçilik çətin sənətdir. Kim gəlir-gəlsin, Azərbaycan futbolu üçün əlindən gələnin ən yaxşısını etsin. Çünki bu, Elvinin, Əlinin, Vəlinin deyil, ölkənin millisidir.
Elnur SALAHOV
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi
Azərbaycan millisinin heyəti açıqlandı
"Futbolu unutmaqlarını istəyirəm" - Valdas Dambrauskas
"Sabah"ın qələbəsindən - Video
"Sabah" bizdən daha güclüdür" - Saşa İliç
Mərakeş qələbə qərarından sonra bəyanat yaydı
"Sabah" "Sumqayıt"a, "Zirə" "Karvan-Yevlax"a qalib gəldi
ÇL-də həftənin komandasında kimlər var?
"Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq
Salah "Liverpul"un ÇL rekordçusu oldu
“Neftçi” İK vahid lider oldu
Rəşad Sadıqov klub rəhbərlərinə irad tutdu - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Braziliya klubunda yeni baş məşqçi
"Sabah" - "Sumqayıt": Heyətlər
"Qarşıdakı təqvim qorxulu yuxuya bənzəyir" - Rəşad Sadıqov
1-ci liqada 19-cu tura yekun vuruldu
Anatoli Nuriyevdən gözəl qələbə qolu - Video
“DH Volley” komandası pley-off mərhələsinə vəsiqə qazandı
"ABŞ-ı boykot edəcəyik, dünya çempionatını yox"
“Real”da ciddi itki
Çempionlar Liqasını qazanmaq üçün əsas favorit açıqlandı
2-ci liqada oyunların saatı açıqlandı
"Karvan-Yevlax" - "Zirə": Heyətlər açıqlandı
Levandovski İnzaqinin ÇL rekordunu qırdı
Bakıda beynəlxalq təlim-məşq toplanışı
Neymarın baş məşqçisi istefaya göndərildi
"Qalatasaray" UEFA-dan təzminat tələb edəcək - Video
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
“Araz-Naxçıvan”ın iki üzvü milliyə dəvət aldı
Azərbaycan millisinin seçmə mərhələ üçün heyəti
Osimhenin qolu qırıldı, Lanqın barmağı kəsildi - Video
Messi 900-cü qolunu vurdu
"Liverpul"un "Qalatasaray"a vurduğu 4 qol - Video
Salahdan ÇL-də 50-ci qol
"Barselona" "Nyukasl"a 7 qol vurdu - Video