“Əzmkar qələbə münasibətilə komandamı təbrik edirəm. İki fərqli hissə izlədik. İlk 10 dəqiqəni yaxşı keçirdik. Sonra boşluqlar verməyə başladıq, amma rəqib istifadə edə bilmədi”.
Qol.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqanın 17-ci turunda “Sabah”a qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransında deyib.
Matçın vacibliyini vurğulayan çalışdırıcı qeyd edib: "Fasilədən sonra boşluqları aradan qaldırdıq. Rəqib turnir cədvəlində bizə yaxın idi. Ona görə vacib qarşılaşma hesab olunurdu. Onların da təhlükəli epizodları bundan qaynaqlanırdı. Fəhmin hücum etməyi xoşlayır. Jarjue də hücuma çox aludə olurdu. Nəticədə həmin cinahda boşluqlar yaranırdı. Onlara diqqətli olmağı tapşırdıq".
Baş məşqçi oyunda yaranan insidentlə bağlı da fikir bildirib:“Oyunda söyüşə qətiyyən yol vermək olmaz. Şəhriyar Rəhimovla Təmkin Xəlilzadə ilk dəqiqələrdən baş-başa gəldi. Belə məqamda diqqətli olmaq lazımdır. İradlarımızı futbolçulara bildirdik. Mentalitetimiz buna imkan vermir”.
A.Hacıyev yeni transferlər barədə də danışıb: "Həm Akpoveta, həm də İriberi adaptasiya dövrü keçir. Hücumda rəqabəti artırmaq istədik. Hər iki futbolçuya ehtiyacımız var. Ruslan Qurbanov isə zədəlidir. Oke daha hazır olduğuna görə hücumda yer aldı. Bizim üçün hər oyun çətin olur. Premyer Liqa mənim üçün də yeni həyəcan, fərqli təcrübədir. Futbolçu kimi yaşasam da, baş məşqçi kimi ilk ilimdir. Sonrakı turlarda necə olacaq, bilmirik".
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi