Düz 100 gün sonra UEFA Avropa Liqasının həlledici oyununda Bakı Olimpiya Stadionunda (BOS) 2 komanda üz-üzə gələcək.
Növbəti 100 gün ərzində final oyununa hazırlıq kampaniyası çərçivəsində bir sıra tədbirlərin təşkili planlaşdırılır. UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Könüllülər Proqramında müsahibə mərhələsinə start verilib. BOS-un məlumat mərkəzində keçirilən müsahibə mərhələsi martın 9-dək davam edəcək.
Müsahibə mərhələsində namizədin dil bilikləri yoxlanılacaq, eləcə də könüllü kimi əvvəlki tədbirlərdə təcrübəsi, final oyununda işləmək məqsədi, tədbirə verə biləcəyi töhfələr və digər şəxsi bacarıqları əsas götürüləcək. 3000 nəfərə yaxın könüllünün dəvət olunduğu müsahibə mərhələsində yalnız 1364 namizəd proqrama qoşulmaq şansı əldə edəcək.
Final oyununa özəl hazırlanmış “Futbola səyahət” adlı oyun layihəsinə də artıq start verilib. UEFA Avropa Liqasının tarixini yaxşı bilirsinizsə, o zaman qaliblər sırasında olacaqsınız. Çünki oyunda 1971-72-ci il mövsümündən başlayaraq bugünədək Avropa Liqası, eləcə də Azərbaycan futbolunun tarixində baş vermiş mühüm hadisələrlə bağlı maraqlı suallar təqdim olunacaq. İştirakçılar www.quiz.finalbaku2019.az keçidinə daxil olaraq oyunda iştirak edə, sualları hər kəsdən tez və dəqiq cavablayaraq siyahıda birinci ola və dəyərli hədiyyələr qazana bilərlər. Avropa Liqası təkcə futbol zövqü yaşatmır, həm də qazandırır. www.finalbaku2019.com saytında artıq beş aydır ki futbolsevərlərin ixtiyarına verilmiş xüsusi layihəyə əsasən, təxminlərinə güvənənlər Avropa Liqasının 2018/2019 mövsümü ərzində keçiriləcək oyunların hesablarını qeyd edirlər. Ümumi xal hesabında ilk yeri tutan hər ayın qalibinə Azərbaycan milli komandasının futbol geyimi, Avropa Liqasında iştirak etmiş klubların imzalı oyun köynəkləri, xüsusi suvenirlər və ya Avropa Liqasının rəsmi topu hədiyyə edilir. Bugünədək yarışmada 3000-dən çox iştirakçı qeydiyyatdan keçib. Siz də www.finalbaku2019.az/predictor linkində qeydiyyatdan keçin, təxminlərinizlə qazanın!
Bundan əlavə, UEFA Avropa Liqasının final oyununa ümumi oturacaqlar üçün biletlər mart ayından satışda olacaq. Hər kəs https://europaleague.tickets.uefa.com/lottery/welcome_en.html keçidinə daxil olaraq qeydiyyatdan keçə, şəxsi hesabını yaradaraq bilet sifarişi üçün müraciət edə bilər.
Final oyununu izləməyə gələn azarkeşlər üçün də maraqlı proqramlar nəzərdə tutulub. Bakı bulvarında qurulacaq və minlərlə azarkeşin ürəyincə olacaq fan-zona 25-29 mayda fəaliyyət göstərəcək.
Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun BOS-da keçirilməsi haqqında qərar qəbul edilib.
Media nümayəndələri, eləcə də futbol həvəskarları Avropa Liqası, həmçinin keçiriləcək tədbirlər və yarışlar ilə bağlı rəsmi məlumatları www.finalbaku2019.com saytından əldə edə bilərlər.
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər
“Mançester Yunayted”in ÇL üçün heyəti açıqlandı
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti
Avropada 16 klub üçün ilk - “Sabah” da siyahıdadır
“Liverpul”un yeni transferi kimdir?
“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov
"Neftçi"dən ayrılan Piriç bu kluba keçdi
İsveçrə millisinin üzvü "Torino"da
Türkiyəli mütəxəssis Azərbaycan millisindən getdi
"Sabahın Ulduzları": 8-ci tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Taliska "Fənərbaxça"dan getdi
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı