"Zirə"nin futbolçusu Bilal Həmdi Topaz Premyer Liqasının 17-ci turunda "Neftçi" ilə evdə qolsuz heç-heçə etdikləri oyundan sonra Qol.az-ın suallarını cavablandırıb. O, ilk olaraq matç haqda fikirlərini bildirib:
- Oyun intensiv şəraitdə keçdi. Hər iki komandanın da yaxşı qol vəziyyətləri oldu. Biz də, “Neftçi” də qələbə qazana bilərdi. Sonda oyun heç-heçə bitdi. Düşünürəm ki, normal hesabdır.
- İlk hissədə çox yaxşı oyun nümayiş etdirdiniz, daim hücumlara çıxırdınız. Lakin ikinci hissənin ortalarından komanda geri çəkildi. Bu, nə ilə bağlıydı?
- Bütün oyun nə edəcəyimizi əvvəlcədən məşqlərdə işləyirik. Bu həftəki məşqlərdə də sırf əks-hücumun üzərində çalışmışdıq. Bəzən 70-80 metr məsafə qət etməyin özü də çətin olur. İkinci hissədə rəqib təyziqi artırdı, biz isə müdafiə olunub, əks-hücum üçün lazım olan şəraiti gözləyirdik. Bu şərait də müəyyən qədər yarandı, ancaq yaranan şanslardan istifadə edə bilmədik.
- “Neftçi” tərəfi iddia edir ki, bu gün iki xalı “Neftçi” itirdi. Bəs sən necə düşünürsən?
- Bu barədə xüsusi nəsə deyə bilmərəm. Hər kəsin öz fikri var. Əgər iki xal itirdiklərini düşünürlərsə, onların da fikrinə hörmət etmək lazımdır. Yaratdığımız qol vəziyyətlərin nəzərə alsaq, eyni şeyi biz də deyə bilərik. Onların belə düşünməsi normaldır. Çünki onlar liderdir, biz isə son pillədə qərarlaşmışıq.
- “Neftçi” bundan öncəki öz meydanında keçirilən oyunda da sizi məğlub edə bilməyib. Səncə, səbəbi nədir?
- Yəni, biz elə pis komanda deyilik, məncə (gülür). Düşünürəm ki, gələcəkdə daha yaxşı olacağıq. Sonuncu pillədə olmağa layiq deyilik. Çalışırıq ki, yuxarı pillələrə doğru addımlayaq. İnanıram ki, düzgün yoldayıq.
- Bu günkü oyunda çox fəal görünürdün. İstər ötürmələrin, istər cinahdakı keçidlərin olsun. Ancaq sanki hücumçular sənin zəhmətini yerə vurdular.
- Komanda yoldaşlarım da qol vurmaq istəyirdilər. Hər kəs komanda üçün çalışır. Meydanda olan da, olmayan da. Elə vaxt olub ki, mən də müəyyən qol şanslarını boşa vermişəm. Bu, hər bir peşəkar futbolçunun başına gələ bilər. Bizim üçün əsas məqsəd daha çox çalışıb, son pillədən qurtulmaqdır. İnanırm ki, buna nail olacağıq.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi