"Udsaydıq belə, bu bizə əlavə motivasiya, stimul olacaqdı. Nə üzülürük, nə də sevinirik".
Qol.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 17-ci turunda evdə "Neftçi" ilə qolsuz bərabərlikdən sonra söyləyib.
41 yaşlı mütəxəssis deyib ki, hər iki tərəfin qol imkanları olub: "Məncə, bu komandalar qarşılaşanda, daim maraqlı olur. Bəzi oyunlarda futbolçuları qınayırdıq. Lakin son iki görüş göstərdi ki, düz yoldayıq. Futbolçulara təşəkkür edirəm. Amma "Zirə"nin özünə gəldiyini deməzdim. Komandaya yeni qoşulanlar hələ uyğunlaşmayıblar. Ancaq ümid verirlər. Əsas odur ki, iki oyundur qol buraxmırıq. Anlaya bilmirəm, niyə düşünürlər ki, “Neftçi”yə xüsusi hazırlaşırıq. Hər bir rəqibə eyni gözlə baxırıq".
Abasovun sözlərinə görə, rəqib ikinci hissədə fəallığı artırıb: "Neftçi" va-bank getdi. Sadio Tounkaranı məcburiyyətdən müdafiənin cinahında oynadırdıq. Bəlkə də bir qədər özümüz də sıxıldıq. Ancaq ikinci hissədə qol şanslarımız daha çox oldu, rəqibi əks-hücumlarda yaxalaya bilirdik".
Baş məşqçi yeni transfer Mqo Kqasvanenin zəif çıxışına da toxunub: "O, bura məşqsiz gəlmişdi. Tədricən düzələcək. Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm (gülür)".
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi