"Əvvəla üzr istəyirəm. Paltardəyişmə otağı yaxın idi. Sizin qarşınızda belə şey olmamalı idi".
Qol.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının 17-ci turunda "Keşlə"yə səfərdə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib. Konfransa əsəbi halda gələn Abbasovu hətta klub prezidenti Riad Rəfiyev də sakitləşdirə bilməyib. Əvvəlcə "mümkün deyil" deyən Abbasovun istefa verməsi gözlənilirdi. O, bu fikirləri səsləndirib: "Uşaqlar yaxşı hazırlaşmışdı. Qələbə qazanmaq istəyirdik. Bilirdik ki, məğlubiyyət işimizi çətinləşdirəcəkdi. Rəhbərliklə görüşümüz olacaq".
- Görüş nədən ibarət olacaq?
- Bəzi şeylər dəyişməlidir. Avrokuboka getmək istəyiriksə, dəyişilməlidir. Bu baş verməsə, yəqin ki, bu klubda olmayacam.
- Legioner istəyirsiniz?
- Təkcə legioner söhbəti deyil. Azarkeş qələbə, avrokuboka getmək istəyir. Görürsünüz ki, çətindir. Bizim də səhvimiz olub. Hamımızın səhvi var. Yaxşı hazırlaşmışdıq, çox şey gözləyirdik. Futbolda bəzi qaydalar var, bunu heç kim pozmamalıdır.
-Penalti epizodu barədə nə deyə bilərsiniz?
- Epizodu görmədim.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi