Avropa Klublar Assosiasiyasının (ECA) Bakıda keçirilmiş regional iclasında əsas müzakirələr UEFA-nın yeni təsis etdiyi Avropa Liqası-2 şərti adlı turnir ətrafında aparılıb.
Bu barədə ECA-nın əsas üzvlərindən olan "Qarabağ"ın baş meneceri Asif Əsgərov məlumat verib.
Eyni zamanda qurumun İşçi Qrupunun büro üzvü olan Əsgərov yeni turnirin başqa bir adla fəaliyyət göstərəcəyini açıqlayıb. O, Ağdam klubunun təşəbbüsü ilə təşkil olunmuş toplantıda 2021 - 2024-cü illərdə keçiriləcək yarışları müzakirə etdiklərini diqqətə çatdırıb:
"Bu müddət ərzində Çempionlar Liqasında dəyişiklik olması gözlənilmir və əsasnaməsinin sabit qalacağı artıq təsdiqlənib. Avropa Liqasından başqa növbəti turnir də nəzərdə tutulur. Adı hələ ki, müəyyənləşməyib. Bu barədə müzakirələr gedir. Hazırda Avropa Liqası-2 kimi təqdim olunsa da, bu ad müvəqqətidir. Ona başqa ad qoyulacaq. Sadəcə, şərti olaraq Avropa Liqası-2 deyilir. Hazırda turnirin reqlamenti, oyunların hansı günlərdə keçirilməsi kimi məsələlər müzakirə olunur".
Əsgərov Avropa Liqası-2 iştirakçılarının ölkələrin reytinqləri əsasında müəyyənləşdiriləcəklərini diqqətə çatdırıb. O, yeni turnirin Azərbaycan üçün üstünlüklərindən də danışıb: "Hazırda müzakirə olunan reqlamentə əsasən görünən budur ki, Çempionlar Liqasında iştirak edən Azərbaycan çempionu bir tur keçsə, ən azı Avropa Liqası-2-nin play-offuna kimi gedib çıxacaq. Çünki bir tur keçəndən sonra, ikinci turdakı məğlubiyyət Avropa Liqasının III təsnifat mərhələsində oynamaq deməkdir. Avropa Liqasının III təsnifat mərhələsində məğlub olmaq isə Avropa Liqası 2-nin play-offu anlamına gəlir. Yəni, çempion olan komandanın xüsusi üstünlükləri var. Avropa Liqası-2 turnirinin başqa bir üstünlüyü ondan ibarətdir ki, orada ölkənin UEFA reytinqində özünə yaxın klublar çıxış edəcək. İndiki halda Azərbaycan 23-cü yerdədir. Azərbaycana yaxın və reytinqdə 17-ci pillədən sonra olan ölkələrin komandalarının mübarizəyə Avropa Liqası-2-dən başlamaları planlaşdırılır. O ölkələrin klubları ilə eyni qrupa düşmək şansımız daha çox olacaq. Biri var ki, III təsnifat mərhələsində Top-5 ölkələrin klubları ilə düşəsən və mərhələ keçmək şansların çox çətinləşsin. İndiki halda isə Avropa Liqası-2-də oynayacağın komandalar reytinqdə bir-birinə yaxın ölkələrdən olacaqlar. O zaman qrupa düşmək ehtimalı da artır. Avropa Liqasında 4 mərhələ keçmək lazımdır. Avropa Liqası-2 turnirində isə mübarizənin II təsnifat mərhələsindən başlanması müzakirə olunur. Böyük ehtimalla bu, belə olacaq. Yarışların keçirilməsi üzrə İşçi Qrupunun da üzvüyəm. Orada hiss elədiyim qədəri ilə yəqin ki, Avropa Liqası-2-də I təsnifat mərhələsi olmayacaq. Bu isə o deməkdir ki, bir turu keçmiş kimi olursan və qrupda oynamağa bir addım daha yaxınsan. İndiki halda Avropa Liqasında 48 komanda oynayır. Avropa Liqa-2-dən sonra komandaların sayı 64-ə qalxacaq. Bu isə o deməkdir ki, əlavə 16 komandaya yer açılır və daha çox komandamız şanslıdır ki, qrupa düşsün".
"Qarabağ" rəsmisinin sözlərinə görə, belə detallarla yanaşı, sual doğuran məsələlər də var: "Avropa Liqası-2-nin klublara ayıracağı ödənişlərin nə qədər olacağı da müzakirə mövzusudur. Yəni, klublar təsnifat mərhələsində və qruplarda nə qədər qazanacaqlar? Bunlar hələlik müəyyənləşməyib. Hazırda bu yöndə danışıqlar gedir. Klubların da fikirləri öyrənilir. Ölkəmizə Rusiyanın "Zenit", MOİK və Türkiyənin "Fənərbağça" və "Beşiktaş" klublarının qərar verən şəxsləri gəlmişdi. Hərə də öz fikrini dedi. Hazırda UEFA reytinqində Rusiya 6-cı, Türkiyə 10-cu yerdədir. Onların klublarının hərəsi özünə uyğun məsələləri qaldırdılar. Digər tərəfdən, ölkə Kubokunun qalibinin hansı mərhələdən mübarizəyə qoşulacağı sualları ortaya çıxmışdı".
Əsgərov bildirib ki, regional iclasın keçirilməsində məqsəd belə məsələlərin müzakirə olunması və klubların fikirlərinin öyrənilməsidir. Klub rəsmisinin sözlərinə görə, bu zaman çoxluğun fikri əsas götürülür, daha sonra UEFA qərar verir: "ECA-nın verdiyi təkliflər 99 faiz halda UEFA-da təsdiqlənir. Belə iclaslarda fikirlər bildirmək klublar üçün çox önəmlidir. Elə regional iclasların keçirilməsində məqsəd də odur ki, sonda klubların mənafeyinə xidmət edən qərarlar verilsin. O biri klublar da bunun vacib olduğunu bilirlər. Sağ olsunlar ki, gəldilər və Azərbaycanda da iştirak etdilər".
Qeyd edək ki, regional iclasda Türkiyə ("Beşiktaş", "Fənərbağça", "Başakşehir"), İsrail ("Makkabi" Hayfa, "Makkabi" Təl-Əviv) və postsovet ölkələrinin ("Zenit", "Zimbru", "Daçiya", "Dinamo" Minsk, MOİK Moskva, "Lokomotiv" Moskva, "Jalgiris"), "Neftçi", "Qəbələ" və “Qarabağ”ın nümayəndələri iştirak edib. İclasda 2021 - 2024-cü illərdə baş tutacaq yarışların reqlamenti və keçirilməsi, Avropa Liqası-2 turnirinin mahiyyəti müzakirə olunub. Martın 25-də ECA-nın Hollandiyanın paytaxtı Amsterdamda keçiriləcək Baş Assambleyasında regional iclasda səsləndirilmiş fikirlər ümumiləşdirilərəcək və daha sonra UEFA-ya təqdim olunacaq.
Mənbə: report.az
Maykl Kinlə yubiley müqaviləsi imzalandı
Quliyev və Səfərovun dublları, "Səbail"in qələbəsi - Video
Vinisius Mbappedən az maaş alacaq
Günay Qurbanova Avropa çempionatında bürünc medal qazandı
Azarkeşlərin davranışı kluba baha başa gəldi
Avropanın ən baxımlı komandası oldular
"Mançester Yunayted"ə keçə bilər
"Nyukasl" Qordon üçün 80 milyon tələb edir
"Fənərbaxça"dan derbidən öncə gözlənilməz qərar
Rəhim Həsənov hakimin qərarlarını təsdiqlədi - Video
Rəqib qapısına zərbə vurmadan finala yüksəldilər
1-ci liqada 23-cü tura yekun vuruldu
20-cini vurdu, 30-cu oldu
“Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
PSJ növbəti oyuna itki ilə çıxacaq
Azərbaycan millisi Belarusla qarşılaşacaq
"Barselona" təsdiqlədi: Bu mövsüm oynaya bilməyəcək
UEFA Arda Turanı cərimələdi
"Real" Ardanın zədələndiyini açıqladı
İstanbul derbisinin hakimləri bilindi
"Sabah" Rəvan Həmzəzadəni özü ilə aparacaq?!
Artetanın oğlu "Arsenal"da debüt etdi
Yamal zədələndi
Onlar da İngiltərə Premyer Liqasını tərk edəcəklər
Qurban Qurbanov nəyə və kimlərə gülürdü?
"Çelsi"də baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşdi
Azərbaycan boksçusu dünya kubokunda daha bir qələbə qazandı
"Hamı gördü, təmiz penalti idi" - Fabian Buntiç
Nəriman qələbəni kənardan izlədi
DÇ-2026-da İranı İtaliya ilə əvəzləməyi təklif etdi
Benzia "Sabah" - "Qarabağ" oyunu haqda - "Hakim biabırçıdır"
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Qalatasaray" kubokla vidalaşdı - Video
Azərbaycanın güləş millisi Avropa çempionu oldu
"Sabah" - "Qarabağ" matçından - Video
"Həyatımda asan final görməmişəm" - Valdas Dambrauskas
Məşqdə zədələndi, dünya çempionatını buraxacaq
Cəfərov dördqat, Qurbanov ikiqat Avropa çempionu oldu!
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
London klubu avrokuboklardan kənarlaşdırıla bilər
"Çelsi" baş məşqçisini göndərdi
“Qarabağ”ın qapıçısı qırmızı vərəqə aldı
Türkiyə klubundan kəskin etiraz - Hakimi dəyişin
Baş məşqçidən sərt qaydalar: Telefon işlətməyəcəklər
"Milan"ın yay transfer büdcəsi bəlli oldu
“Sabah” - “Qarabağ”: Heyətlər