"Robert Prosineçki Azərbaycanda dərin iz qoydu, insanlar onu sevdi və hələ də sevirlər. Bu amilin Azərbaycanda işimə kömək edəcəyini düşünürəm. Azərbaycan millisində işləmək fürsətim olacağı üçün çox xoşbəxtəm. Bu əladır və məndə əlavə motivasiya yaradıb".
Qol.az-ın məlumatına görə, bu sözləri millimizin yeni baş məşqçisi Nikola Yurçeviç ölkəsinin mətbuatına deyib.
Azərbaycan millisindəki işinə Zaqrebdə başlamağın başqa bir gözəlliyi olduğunu vurğulayan xorvatiyalı mütəxəssis gözləntilər haqda da danışıb: "Avro-2020-nin seçmə qrup mərhələsində yer alan hər komandanın arzuları var. Bu da başa düşüləndir. Xorvatiya qrupun aşkar favoritidir, bunu xüsusi vurğulamağa ehtiyac yoxdur. Hər kəsi təəccübləndirmək üçün şans axtaracağıq. Azərbaycan niyə də Avropa çempionatının xəyallarını qurmasın? Təbii ki, buna ümid etmək lazımdır, elə deyilmi?".
Yurçeviç bildirib ki, yığmamız keçmişdə də rəqiblərini təəccübləndirib:"Keçmişdə komanda Xorvatiya ilə heç-heçə edib. Burada əsas problem belə nəticələrin davamlılığının olmamasıdır. Milliyə ən çox oyunçu verən "Qarabağ" və "Neftçi"nin bəzi matçlarını izlədim. Orada çox təcrübəli futbolçular var. Ancaq millidə heyətin genişliyi ilə balı problem var.Amma komanda ilə razılaşacağıma ümid edirəm".
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi