“Neftçi”nin qapıçısı zədələndi

“Neftçi”nin qapıçısı zədələndi
ÖLKƏ FUTBOLU 11 Fevral 2019 / 15:40 1940
-  A +

"Neftçi”nin qapıçısı Aqil Məmmədov zədələnib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, qolkiper son məşqlərdən birində daban oynağından zədə alıb. Həkimlərin rəyinə görə, Məmmədov 3-4 həftə müalicə olunacaq. O, yalnız bundan sonra fərdi məşqlərə başlaya biləcək.

Qeyd edək ki, təcrübəli qapıçı bu ilin yanvarında “Qəbələ”dən "Neftçi”yə transfer olunub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner