"Azarkeşlər maraqlı bir qarşılaşma izlədi. Ən yaxşı oyunlarımızdan birini keçirdik".
Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqanın 16-cı turunda "Zirə"yə uduzduqları oyundan (0:2) sonra mətbuat konfransında deyib.
Gənc çalışdırıcı komandada çatışmazlıqlar olduğunu qeyd edib: "İki top buraxmağımız səhvlərimizin olmasından xəbər verir. Bunları təhlil edəcəyik. Qarşıda bizi maraqlı mübarizə gözləyir. Bəzən yaxşı oyunla da uduzmaq olur. Bəzən də oyun planında istədiklərini edə bilməyib, qalib gəlirsən. Konsentrasiya üzərində dayanmalıyıq. Görünür, hardasa boşluğa yol vermişik. "Səbail" yeni klubdur. Keyfiyyətli oyun göstərmək və qələbə qazanmaq üçün zamana ehtiyacımız var".
A.Hacıyev görüşün sonuna yaxın müdafiəçi Elvin Yunuszadənin qırmızı vərəqə almasında da münasibət bildirib: "Elvinin ikinci sarı vərəqə alması yaxşı olmadı. Təzyiqi artırmışdıq, diqqətli olmalıydı. Onu klubdaxili cəza gözləmir. Adi oyun epizodu idi. Sadəcə, həmin mövqedə futbolçumuz olmadığından, təəssüflənirik".
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı