"Bu cür oyundan sonra şərh vermək çox çətindir. Görüşdən əvvəl də çətinliklərlə üzləşdik".
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 16-cı turunda "Səbail"ə qalib gəldikləri (2:0) oyundan sonra mətbuat konfransında deyib.
Rəqibdən üstün olmadıqlarını etiraf edən çalışdırıcı komandasındakı problemlərdən danışıb: "Bəzi yerli futbolçular oynaya bilmirdilər. Müəyyən rotasiyalara əl atdıq. Turnir cədvəlindəki mövqeyimiz elədi ki, qələbəyə sevinə də bilmirsən. İlk hissədə hər şeyi düz edirdik. Fasilədən sonra rəqib boşluqlarımızdan istifadə etməyə başladı. Yararlana bilsəydilər, bəlkə də, “Səbail” böyük hesabla qalib gələcəkdi. Əvəzetmələr etdik, boşluqları aradan qaldırmağa çalışdıq. Özünüz də gördünüz ki, gənc futbolçumuz təşvişə düşmüşdü. Bir sıra futbolçumuz komandaya yeni qoşulub. İnanıram ki, bütün debütantlarımız qısa zamanda özlərini göstərə biləcəklər. Rotasiyalara görə yalnız bir hissə yaxşı oynayırıq. Hətta köməkçilərdən birini tribunaya göndərdik ki, meydanı daha yaxşı görsün".
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı