"Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçev Topaz Premyer Liqanın 16-cı turunun “Sumqayıt”la səfər oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, bolqarıstanlı futbolçu əvvəlcə 2:0 hesablı qələbəni şərh edib.
-Biz bu gün xarakter göstərdik və 2:0 hesablı qələbə qazandıq. Ən əsası qol buraxmadıq. Növbəti oyunlarda da 3 xal qazanmağa çalışacağıq.
- Filip Ozobiçin vurduğu qolda top qapı torunu cırıb, kənara çıxdı. Hakim əvvəlcə qolu ləğv etdi. Həmin an nə düşündünüz?
- Bəlkə də hakim həmin qolu saymasaydı, daha çox vuracaqdıq. Referini də qınamaq olmaz. Əsas odur, doğru qərar verdi.
- Əsas heyətdəki yerinizi itirmisiniz. Bu, nə ilə bağlıdır?
- Bu, rəqibə qarşı seçilən taktikadan asılıdır. Baş məşqçinin qərarıdır, hər zaman hörmətlə yanaşıram. Buna baxmayaraq, məşqlərdə əlimdən gələni edirəm. Meydana çıxmağa hər zaman hazıram. Bu gün də necə oynadığımı gördünüz. Komanda üçün əlimdən gələni etdim.
- Özünüzü “Qarabağ”da xoşbəxt hiss edirsiniz?
- Hər qələbədən sonra özümü xoşbəxt hiss edirəm. Çempion olsaq, mənim üçün hər şey daha da yaxşı olacaq.
- Yəqin razılaşarsınız ki, “Qarabağ”da ehtiyatda qalmaqla Bolqarıstan millisinə çağırılmaq ehtimalınız da azalır...
- Bir daha vurğulayıram, oynamaq üçün məşqdə əlimdən gələn hər şeyi edirəm. Bunu milli komandanın baş məşqçisi də bilir. Çalışacağam ki, verilən şansı yaxşı dəyərləndirim və yığmaya hazır gedim.
- Hazırda “Neftçi” ilə 3 xallıq fərq var. Bizdə çempionatın səviyyəsi elədir ki, fərqi qorumaq elədə çətin olmur. Yəni rəqabət zəifdir. Necə düşünürsünüz, liderə çatmaq mümkün olacaq?
- Mən rəqibin oyunları ilə, xal fərqi ilə maraqlanmıram. Məncə, bütün oyunları udsaq, çempion olacağıq.
- Əvvəllər Azərbaycanda bolqar futbolçular çox olurdu. İndi isə bu ölkədən yeganə oyunçu sizsiniz. Bu, nə ilə bağlıdır?
- Digər klublar haqda deyə bilmərəm, ancaq “Qarabağ”da maliyyə və təşkilatçılıq baxımından heç bir problem yoxdur. Millidəki komanda yoldaşlarıma da “Qarabağ”ın necə komanda olması haqda danışmışam. Artıq onlar da bu kluba maraq göstərirlər.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı