"Qarabağ”ın hücumçusu Reynaldo Silva Topaz Premyer Liqanın 16-cı turunda səfərdə “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, 2 illik fasilədən sonra Ağdam klubuna qayıdan braziliyalı futbolçu əvvəlcə Ağdam klubundakı ilk matçını şərh edib.
- Təbii ki, ancaq sevinc hissləri keçirirəm. Azərbaycana dönməyi çoxdan gözləyirdim. Bilirsiniz ki, bu ölkəni, “Qarabağ”ı çox sevirəm. Yenidən burda olduğum üçün özümü xoşbəxt sayıram. Komanda yoldaşlarıma da təşəkkür edirəm. Bu, hələ yolun başlanğıcıdır. Bilirəm ki, əvvəlki formamı bərpa etmək üçün çox işləməliyəm.
- “Qarabağ”a ilk dəfə gələndə daha həyəcanlı idiniz, yoxsa indi?
- İndi daha çox həyəcan var idi. Çünki həmin vaxt daha gənc idim və üzərimdə bu dərəcədə məsuliyyət yox idi. Bu gün meydana çıxanda “Qarabağ”da keçirdiyim illər gözümün qarşısına gəldi. Ona görə indiki vəziyyət mənim üçün daha həyəcanlı oldu.
- Əvvəlki Reynaldonu görmək mümkün olacaq, yoxsa artıq keçən keçib?
- Yox, heç nə keçməyib. Mən hələ gəncəm. İndiki oyunuma görə fikir yürütmək olmaz. Çünki cəmi 3 gündür komanda ilə məşqlərə başlamışam. Zaman keçdikcə daha yaxşı Reynaldo görəcəksiniz.
- Demək olarmı ki, özünüzü Qurban Qurbanova sübut edib, “Qarabağ”da qalmaq üçün cəmi 4 ayınız var?
- Kiməsə nəsə sübut etməyə ehtiyac yoxdur. Artıq hər kəs mənim necə oynadığımı, nəyə qadir olduğumu bilir. Bir neçə fərqli çempionatda oynamışam. Əsas uyğunlaşma mərhələsini qeyd edərdim. Bilmirəm, burada 4 ay, yoxsa daha çox qalacağam. Karyeramın sonuna kimi “Qarabağ”da oynamaq mənim üçün çox xoş olardı. İstənilən halda, nə olacağından asılı olmayaraq, klubdakı hər kəsə minnətdaram.
- Əvvəl oynadığınız Azərbaycan çempionatı ilə indiki arasında nə kimi fərq var?
- Komandaların oyun tərzində dəyişiklik olub. Əvvəl iddialı komandalar çox idi. “Bakı”, “Qəbələ” kimi komandalar sona qədər mübarizə aparırdılar. İndiki komandalar daha çox müdafiədə oturur, gözləyirlər. Oyun planında dəyişiklik hiss olunur.
- “Neftçi” ilə çempionluq yarışında şansları necə dəyərləndirirsiniz?
- Çempionluq məsələsində bir az səbrli olmalı, oyundan-oyuna düşünməliyik. Ancaq bu halda məqsədimizə nail ola bilərik.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı