"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 16-cı turunda səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Futbolçularımızı təkcə qələbəyə yox, xarakterə görə təbrik edirəm. Çətin səfər oyunu idi. Burada futbol adına həm meydan, həm də azarkeşlər baxımından hər şey xoş idi.
- Sumqayıt"ın ikinci hissədəki oyunu sizi təəccübləndirmədi?
- İki hücumçu gözləyirdik. Amma bir hücumçu ilə oynadılar.
- Fasilədən sonra komandanızın arxayınlaşdığını düşünmürsünüz?
- Deməzdim ki, arxayınlaşdım. Sadəcə, ikinci qoldan sonra bu, ola bilsin, hiss olundu. İkinci hissədə rəqibin heyətində 2 dəyişiklikdən sonra rəqib fəallaşdı. Komandam qələbə qazanmaq üçün çox əziyyət çəkdi.
- Şahrudin Məhəmmədəliyevin oynamaması nə ilə əlaqədar idi?
- Qətiyyən "Neftçi" ilə oyuna görə deyildi. Sadəcə, dünən məşqdə diz nahiyəsindən zədə almışdı.
- Mahir Mədətov nə zaman oynaya biləcək?
- Düşünmürəm. Bu gün də fərdi məşq edirdi. Bir neçə günə komandaya qoşula biləcək.
- İlk qolda mübahisəli durum yarandı. Həmin epizodu necə qarşıladınız?
- Mübahisəli bir şey yox idi. Özüm də qolun olduğunu gördüm və soyuqqanlı qarşıladım. Baş hakim də görmüşdü. Ola bilsin, yan xətt hakimi başqa fikirdə idi. Futbolçular bu zaman ona VAR sistemi göstərdilər (gülür).
- Növbəti tur "Qəbələ"yə qarşı oynayacaqsınız...
- Çətin rəqibə qarşı oynayacağıq. Mövsümün ikinci yarısına daha ciddi hazırlaşdıqları görünür. Futbolçulara iki gün istirahət verdikdən sonra oyuna ciddi hazırlaşacağıq. Hər bir rəqib bir-birini yaxşı tanıyır. Asan oyun keçməyəcək.
- Reynaldonun durumu sizi qane edir?
- Hələ yox. Son 3 məşqdə iştirak edib. Hər şey yaxşılığa doğru gedir. Tədricən daha yaxşı performansda olacağını düşünürəm.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı