Ozobiçin vurduğu top toru cırdı

Ozobiçin vurduğu top toru cırdı
XƏBƏR 9 Fevral 2019 / 19:10 3767
-  A +

Topaz Premyer Liqanın 16-cı turunda hazırda davam  edən "Sumqayıt" – “Qarabağ" oyununda kuryoz qol qeydə alınıb.

Qol.az-ın məlumatına görə, Ağdam klubunun yarımmüdafiəçisi Filip Ozobiçin zərbəsindən sonra top qapı torunu deşərək kənara çıxıb. Matçın baş hakimi Orxan Məmmədov əvvəlcə qolu saymasa da, "Qarabağ" futbolçularının etirazından sonra qərarını dəyişib.

O, yan xətt hakimi ilə məsləhətləşdikdən sonra qolu qeydə alıb.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner