Rüfət Dadaşov sağaldı

Rüfət Dadaşov sağaldı
XƏBƏR 9 Fevral 2019 / 13:37 1077
-  A +

Almaniyanın üçüncü bundesliqasında mübarizə aparan "Proyssen" klubunun hücumçusu Rüfət Dadaşov məşqlərə başlayıb.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bir müddət öncə qripə yoluxan millimizin üzvü artıq tam sağalıb. Ancaq komanda ilə birgə hazırlıqda iştirak edən forvardın çempionatın 23-cü turunda "Sportfroynde Lotte" klubu ilə matçda meydana oynayıb-oynamayacağı dəqiq bilinmir. Sözügedən qarşılaşma fevralın 11-də keçiriləcək.

Qeyd edək ki, "Proyssen" hazırda 33 xalla 7-ci sırada qərarlaşıb.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner