UEFA Bakıya gələcək yığmalar üçün stadionları açıqladı - AÇ-2020

UEFA Bakıya gələcək yığmalar üçün stadionları açıqladı -  AÇ-2020
ÖLKƏ FUTBOLU 8 Fevral 2019 / 11:42 4527
-  A +

UEFA milli komandaların AÇ-2020-nin keçiriləcəyi şəhərlərdəki təlim-məşq bazalarının və qalacağı otellərin onlayn-kataloqunu təqdim edib.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, siyahıda Avropa çempionatına ilk dəfə ev sahibliyi edəcək Bakıya aid bölmədə 3 stadion və 3 otel yer alıb.

“Bakcell Aren"nı seçəcək milli komandaya “Fairmont Baku Flame Towers Hotel”,  “Dalğa Arena” üçün “Bilgah Beach Hotel”, Tofiq Bəhramov adına Respublika stadionunda məşq edəcək yığmaya isə “Excelsior Hotel & Spa Baku” təklif edilib.

Xatırladaq ki, Avropa çempionatının Bakı ilə yanaşı, London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) keçiriləvək. Qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda olacaq.

Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner