“Neftçi”nin prezidenti Kamran Quliyev İtaliyanın “TuttoMercatoWeb”ə nəşrinə müsahibə verib.
Qol.az xəbər verir ki, o, əvvəlcə klubun tarixindən və uğurlarından danışıb:
“Neftçi” 1937-ci ildə yaradılıb və uzun müddət “Neftyanik” və ya "Neftçi" adları ilə mübarizə aparıb. Komanda 1966-cı il SSRİ çempionatında bürünc medal qazanıb. Həmin il SSRİ yığması klubumuzun futbolçusu və ən yaxşı bombardiri Anatoli Banişevskinin qolları sayəsində İngiltərədəki dünya çempionatında 4-cü yeri tutub. Müstəqillikdən sonra Avropa Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu da biz olmuşuq. Qrupdakı ilk matçımızda İtaliya “İnter”inə Bakıda 1:3 hesabı ilə uduzsaq da, “San Siro”da böyük uğur qazanaraq, 2:2 hesablı heç-heçə etmişik”.
Klub rəhbəri italiyalı mütəxəssis Roberto Bordinin “Neftçi”yə gətirilməsi ilə bağlı məlumat verib: “Mövsümün startı ərəfəsində baş məşqçi axtarırdıq. Roberto Bordinlə tanış olduq. Onun barəsində çoxlu müsbət fikirlər səsləndirilmişdi. Şəxsi keyfiyyətləri və idarəçilik bacarığı seçimimizdə əsas rolu oynadı. Hazırda çempionatın lideriyik. Ötən tur Qarabağ”la la səfərdə 1:1 hesablı heç-heçə etdik. Qarşıda 13 tur qalıb və ən yaxın izləyicimizlə arada 3 xallıq üstünlüyümüz var. Döyüş davam edir”.
Qış transferi pəncərəsində Canluka Sansonenin transferindən danışan K.Quliyev bildirib ki, bundan sonra da komandaya italyan futbolçular gətirilə bilər: “Hücum xəttini gücləndirmək üçün uzun müddət axtarış etdik. Lakin qış transfer dövründə oyunçu tapmaq imkanları bir qədər məhdud olur. Canluka Sansone İtaliyada çox məşhur futbolçudu. Keçmiş məşqçilərindən bir neçəsinin fikirlərini öyrəndikdən sonra onu transfer etməyə qərar verdik. Sansonenin uğurlu oyunçu olacağına təminat almışıq. Bizim akademiyamızda daha bir italyan var. Lorenso Mezzotero çox istedadlı hücumçudur. Atası Azərbaycanda neft şirkətində çalışır. İtaliya futbolda liderlərdəndir. Bu ölkədən olan futbolçuları almaq asan deyil. Sansonenin transferi yeni futbol macəralarına ehtiyac duyan italiyalı digər futbolçuların Azərbaycana yolunu aça bilər. Ölkəmizdə futbol sürətlə inkişaf edir və gələcəkdə italiyalı futbolçuların sayının get-gedə çoxalması da mümkündür. Canluka Azərbaycan Premyer Liqasında ilk italiyalı oyunçudur. Ümidvarıq ki, digərləri də bura gələcəklər”.
K.Quliyev klubun qarşıda duran hədəflərini də açıqlayıb: “Yaxın bir neçə ildə “Neftçi”nin məqsədi əvvəlcə Avropa Liqasının, daha sonra Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməkdən ibarətdir”.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı