"Neftçi" heç də sadəlövh komanda deyil" - Canluka Sansone

"Neftçi" heç də sadəlövh komanda deyil" -  Canluka Sansone
ÖLKƏ FUTBOLU 8 Fevral 2019 / 10:20 3623
-  A +

"Mənə stimul verəcək bir addım atmalı idim. İtaliyadan bir neçə təklif aldım. Ancaq heç biri ürəyimcə olmadı. Çünki stimul yox idi. Avropanın başqa bir ölkəsində oynamaq istəyirdim. "Neftçi"dən təklif alanda heç bir şübhəsiz razılaşdım. Komandam turnir cədvəlinə başçılıq edir. Bundan yaxşısını arzu edə bilməzdim".

Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Canluka Sansone deyib.

İtaliyalı hücumçu ölkəsinin mətbuatına müsahibəsində Premyer Liqamız və A Seriyası klublarını müyasiə edib: "Yeni komandamda yenilənməyə və öyrənməyə çalışan maraqlı reallıq kəşf etdim. A seriyası səviyyəsində olmasalar da,  böyüməkdə olduqlarını deyə bilərəm. Demək olar ki, bütün klublar yeni stadionlarda oynamaq üçün çalışırlar. Futbol da ölkə kimi, inkişafdadır. "Neftçi"dəki ilk məşqdən sonra deyə bilərəm ki, texniki səviyyə digər liqalardan aşağı deyil. Hətta bəzilərindən yüksəkdir. "Neftçi" heç də sadəlövh komanda deyil. Əlbəttə, Avropa ölkələrinin çempionatları ilə müqayisədə taktiki hazırlığın aşağı olduğu görünür. Ancaq "Neftçi" ilə bağlı ilk təəssüratlarım müsbətdir".

32 yaşlı futbolçu Topaz Premyer Liqanın 15-ci turunda "Qarabağ"la keçirilən oyundan (1:1) və Ağdam klubu ilə aralarında gedən çempionluq mübarizəsindən də danışıb: "Ötən bazar liderlik yarışında gözəl bir oyuna şahidlik etdim. "Qarabağ" bir neçə futbolçusunun fərdi bacarığı sayədində daha texnikalı oyun göstərdi. Ancaq komandamız yaxşı vəziyyətdə idi və Bordinin əla iş gördüyünə şahid oldum. Əlbəttə ki, sona qədər mübarizə aparacağıq, özümüzə güvənirik. Bundan əlavə, "Neftçi" formasına olan bağlılıq prezidentdən tutmuş, menecerlərlə gələn futbolçulara qədər çox güclüdü. Onların hamısı bir neçə illik həsrətdən sonra titul gözləyirlər".

Sansone "Bu, xəyal yox, məqsəddir. Çempionluq uğrunda oynamaq ideyası mənim bu çempionata gəlməyimin səbəblərindən biridir. Hətta öz səhvimə görə oynamadığım Çempionlar Liqasında çıxış etmək mənim karyeramda ən böyük nailiyyət olar. 18 yaşımda Eççelentsada oynamağa başladım və 25 yaşımda A seriyasına yüksəlmişəm. İndi isə 32 yaşım var və hədəfim avrokuboklarda iştirak etməkdir".

Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner