"Qəbələ" AFFA İntizam Komitəsinin kluba tətbiq etdiyi bayraq cəzasından apellyasiya verəcək.
Bu barədə "qırmızı-qaralar"ın vitse-prezidenti Fariz Nəcəfov bildirib. Onun sözlərinə görə, Qəbələ şəhər stadionunda indiyədək keçirilmiş oyunlarda hakimin cavabdeh olduğu inventarla əlaqədar heç bir xəbərdarlıq belə edilməyib: "Biz bu stadionda eyni qaydada təchiz olunmuş otaq və avadanlıqlarla 10 ildir həm Premyer Liqa, həm də Avropa Liqasındakı oyunlarımızı keçirmişik. İndi kimsə ağıllı çıxıb və təzə nə isə kəşf edib? Qalan digər stadionların hamısında hər şey guya yüksək səviyyədədir, bircə bizim stadionda bayraq yox imiş..."
F.Nəcəfov İntizam Komitəsinin üzvlərini uşaq liqalarının keçirildiyi şəraitlə maraqlanmağa çağırıb: "İntizam Komitəsinin üzvlərini və bu məsələni müzakirəyə çıxaran şəxs yəqin unudub ki, oyunlar yaxın günlərədək hansı şəraitə malik stadionlarda təşkil olunur. Mən o kəsləri dəvət edirəm ki, uşaq liqalarının keçirildiyi şəraitə gəlib baxsınlar".
Qeyd edək ki, AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XV turunda "Sumqayıt"la oyun zamanı hakimlər otağında lazımi inventarın çatışmamasını əsas gətirərək, "Qəbələ"ni 1600 manat cərimələyib. Fevralın 3-də Qəbələ şəhər stadionunda keçirilmiş görüşün baş hakimi Əliyar Ağayev, yan xətt hakimləri Akif Əmirəli və Rza Məmmədov, dördüncü hakim Kamal Umudlu, hakim-inspektor Munis Abdullayev, AFFA nümayəndəsi Şaiq Həmidov olub. Matç "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb - 1:0.
Mənbə: sportnet.az
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı