Dövlət məmurunu döyən futbolçuların həbs müddəti uzadıldı

Dövlət məmurunu döyən futbolçuların həbs müddəti uzadıldı
XƏBƏR 6 Fevral 2019 / 18:26 2871
-  A +

"Zenit"in hücumçusu Aleksandr Kokorinlə "Krasnodar"ın yarımmüdafiəçisi Pavel Mamayev ən azı aprelin 8-nə kimi həbsxanada qalacaqlar.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, futbolçuların həbs müddəti uzadılıb. Bu barədə Tver rayon məhkəməsinin bugünkü iclasında qərar qəbul olunub. Sözügedən qərar Kokorinin qardaşı Kirill və onların dostu Aleksandr Protasovitskiyə də şamil olunub.

Qeyd edək ki, bu şəxslər ötən il oktyabrın 11-də həbs ediliblər. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunurlar.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner