Hakimi döyən məşqçi futboldan kənarlaşdırıldı - 1 illik

Hakimi döyən məşqçi futboldan kənarlaşdırıldı - 1 illik
XƏBƏR 6 Fevral 2019 / 13:48 2910
-  A +

AFFA U-15 liqasında mübarizə aparan "Xilə" komandasının baş məşqçisi Əsəd Kərimovu futboldan kənarlaşdırıb.

Qol.az-ın məlumatına görə, buna onun U-15 liqasının "Keşlə" ilə oyunundan sonra hakimlər briqadasının otağına daxil olaraq, əvvəlcə onları təhqir etməsi, ardınca isə döyməsi səbəb olub. Bu barədə İntizam Komitəsinin bu gün keçirilən iclasında qərar qəbul olunub.

Məşqçi hakimlərə fiziki təzyiq göstərdiyinə görə 12 ay müddətinə diskvalifikasiya olunub.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner