"Klopp məni ofsayddan vurulan qollarla udmağa öyrəşib"

"Klopp məni ofsayddan vurulan qollarla udmağa öyrəşib"
XƏBƏR 5 Fevral 2019 / 16:29 3609
-  A +

"Vest Hem" klubun baş məşqçisi Manuel Pelleqrini İngiltərə Premyer Liqasının 25-ci turunun "Liverpul"la oyununda qapılarına ofsayddan vurulan qol epizodunu şərh edib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı mütəxəssis mersisaydlıların baş məşqçisi Yurgen Kloppa söz atıb:

"Klopp məni ofsayddan vurulan qollarla udmağa öyrəşib. O, hələ "Borussiya"da işləyərkən (2013-2014 mövsümü, Çempionlar Liqasının 1/4 final oyunu) mənim çalışdırdığım "Malaqa"nı da 7 metrlik oyundankənar vəziyyətdən vurulan qolla mübarizədən kənarlaşdırmışdı. Buna görə də nədənsə şikayət edə bilməz".

Qeyd edək ki, dünən keçirilən "Vest Hem" - "Liverpul" oyunu 1:1 hesabı ilə başa çatıb. "Liverpul"un qol vurduğu epizodda Maneyə ötürmə verən Ceyms Milner ofsaydda olub.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner