Bundesliqada 20-ci tura yekun vuruldu

Bundesliqada 20-ci tura yekun vuruldu
XƏBƏR 4 Fevral 2019 / 00:02 1596
-  A +

Almaniya bundesliqasında 20-ci tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, son oyun günündə 2 qarşılaşma baş tutub. "Auqsburq" doğma meydanda "Maynts"ı 3 cavabsız qolla məğlub edib. "Ştutqart" - "Frayburq" matçında isə qalib müəyyənləşməyib - 2:2.

Hazırda "Auqsburq" 18 xalla 15-ci, 27 xalla 11-cidir. Autsayderlər qrupunda (17-ci yer) qərarlaşan "Frayburq"un 12, "Ştutqart"ın (16-cı yer) isə 15 xalı var.

Qeyd edək ki, turnir cədvəlinə 49 xalla Dortmund "Borussiya"sı başçılıq edir. Eyni - 42 xala sahib Münhenqladbax "Borussiya"sı 2-ci, "Bavariya" isə 3-cüdür.


Almaniya bundesliqası, 20-ci tur

3 fevral

"Auqsburq" - "Maynts" - 3:0
Qollar:
A. Finnboqason, 8-pen (1:0), 16-pen (2:0), 54 (3:0)

"Ştutqart" - "Frayburq" - 2:2
Qollar:
Y. Haberer, 4 (0:1), E. İnsua, 73 (1:1), D. Didavi, 83 (2:1), F. Niderlexner, 90 (2:2)

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner