Dembele "Real"la oyunu buraxa bilər

Dembele "Real"la oyunu buraxa bilər
XƏBƏR 3 Fevral 2019 / 16:21 2107
-  A +

"Barselona"nın yarımmüdafiəçisi Udman Dembele İspaniya kubokunun yarımfinal mərhələsinin "Real"la ilk oyununu buraxa bilər.

Qol.az-ın AS nəşrinə istinadən yaydığı xəbərə görə, zədəsini sağaldan fransalı futbolçu indi də boğaz ağrsından əziyyət çəkir. Bu səbəbdən o, komandanın son məşqini buraxmalı olub. Həkimlərin fikrincə, Dembelenin sağalması üçün ən azı 3-4 gün lazımdır. Bu isə yarımmüdafiəçinin fevralın 6-da keçiriləcək "El-Klassiko"nu buraxma ehtimalını artırır.

Qeyd edək ki, "Barselona" ilə "Real" arasında ilk oyun "Nou-Kamp"da olacaq.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner