Yenə yaponlar - Şəkil

Yenə yaponlar - Şəkil
XƏBƏR 2 Fevral 2019 / 15:20 3990
-  A +

Ötən yay Rusiyada keçirilən dünya çempionatında nümunəvi hərəkətləri ilə diqqət çəkən Yaponiya millisinin üzvləri Asiya Kubokunda da eyni addımı atıblar.

Qol.az-ın turnirin rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, finalda Qətərə 1:3 hesabı ilə uduzaraq, yarışın gümüş medallarını qazanan yaponlar stadionu tərk etməzdən əvvəl paltardəyişmə otağındakı zibilləri təmizləyiblər.

Bundan başqa, onlar otaqdakı lövhənin üzərinə üç dildə - ərəb, yapon və ingiliscə "sağ ol" sözü yazıblar.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner