Qlobal texnologiya bazarında günü-gündən öz payını artıran və artıq smartfon satışları üzrə dünyada ikinci yerdə qərarlaşmış “Huawei” şirkəti Bakıda ictimaiyyətə özünün “Mate” seriya modellərini təqdim edib.
Qol.az xəbər verir ki, media və ictimaiyyət nümayəndələri, influenserlərin, eləcə də texnologiya dünyası ekspertlərinin iştirakı ilə baş tutmuş təqdimat mərasimində Mate 20 seriya modellərin özəllikləri qeyd olunub, smartfonun üstünlükləri vurğulanıb.
Qeyd edək ki, tədbirdə təqdim olunmuş Mate 20 seriya modellər Huawei Mate 20 lite, Huawei Mate 20, Huawei Mate 20 Pro və hər kəsin uzun müddətdir ki, gözlədiyi Huawei Mate 20 RS (Porsche Design) modelləri olub.
Tədbirdə çıxış edən və Mate 20 model smartfonların xüsusiyyətləri barədə danışan Huawei Azərbaycan İstehlak Biznes Qrupunun rəhbəri Qu Yançen bu modellərin qeyri-adi texniki xüsusiyyətlərə sahib olduğunu qeyd edib.
“Hazırda mükəmməl Android smartfonların bazara gətirilməsi fonunda istehlakçı gözləntiləri artır. Şirkətimiz bu ehtiyacların təmini istiqamətində texnoloji inkişafı sürətli şəkildə aparır. Huawei Mate 20 Pro istifadəçiyə yüksək performans, uzun ömürlü batareya, yüksək təhlükəsizlik və Leica-dan olan Ultra Geniş Bucaq Linzalara malik kamerası ilə böyük foto və videoqrafiya təcrübəsi təqdim edir. Smartfonun yerli istehsal olan Kirin 980 prosessoru isə 7 nanometrlik texnologiya əsasında hazırlanıb və 6.9 milyard tranzistordan ibarətdir” – deyə o qeyd edib. 
Huawei modellərinin ölkəmizdə satışından bəhs edən Azərbaycan üzrə Huawei CBG Direktoru Çu Yançen vurğulayıb ki, Azərbaycan xüsusilə flaqman modelleri üçün geniş bazar payı və potensialı ilə Huawei şirkəti üçün regionun ən vacib bazarlarından biridir.
Hər kəs tərəfindən gözlənilən Porsche Design Mate 20 RS premium modelindən danışan Çu Yançen bu modelin regionda yalnız Azərbaycanda satılacağını bildirib. 
“Çalışdığımız region - yəni Belarus Respublikası və Qafqaz ölkələri üzrə üstün texnologiyaların tətbiqi və məşhur avtomobil istehsalçısı ilə əməkdaşlıq şəraitində dizayn edilmiş Huawei Mate 20 RS (Porsche Design) modelini yalnız Azərbaycan bazarına satışa çıxartmışıq. Azərbaycan bu regon üzrə Porsche Design modelinin satılacağı yeganə ölkə olacaq. Bundan sonra Huawei Azərbaycan bazarına daha çox diqqət yetirəcək, strateji və biznes planlarımız lokal bazara uyğunlaşacaq. İnanıram ki, gələcəkdə Azərbaycan istehlakçıları Huawei məhsullarının texnoloji yenilikləri haqqında daha çox məlumat alıb, bizim məhsullarımızı daha çox istifadə edəcəklər” - deyə Huawei İBQ (İstehlakçı Biznes Qrupu-Huawei CBG) Azərbaycan Nümayəndliyinin Rəhbəri cənab Çu Yançen vurğulayıb.
Qeyd edək ki, Mate seriyasından olan 3 model smartfonlar – Mate 20 lite, Mate 20 və Mate 20 Pro rəsmi tərəfdaş mağazalar olan Baku Electronics, Soliton, Maxi.az, Kontakt Home və İntegral mağazalarından əldə edilə bilər.
Huawei Mate 20 RS (Porsche Design) modeli isə eksklüziv olaraq Baku Electronics mağazalar şəbəkəsində satılacaq.
Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat:
https://www.facebook.com/HuaweimobileAZ/
Yuxarı
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı
Poçettinodan köməkçilərinə ingilis dili tələbi
PSJ-də şok itki
"Araz-Naxçıvan" - "Neftçi": Heyətlər açıqlandı
9-cu dəfə Braziliya çempionu oldular
Paredes müsahibə zamanı huşunu itirdi
Daha iki boksçumuz Avropa çempionatının yarımfinalında
“Real” 4 mövsüm sonra ilk dəfə ardıcıl 9 qələbə qazanıb
Azərbaycan millisinin üzvü "Sampdoriya"da 2-ci qolunu vurdu
Baş hakimə salam vermədi, "qırmızı" aldı - Video
Cənubi Amerika kubokunu yenə onlar qazandılar
“Fənərbaxça” məğlubiyyətdən qaçdı - Video
Yunuszadə sona kimi ehtiyatda qaldı
Cəlalın komandası səfərdən qələbə ilə qayıdır
“Mançester Siti” öz meydanında xal itirdi - Video
İlham Zəkiyev Qran-pridə bürünc medal qazandı
Krivotsyukun komandası qalib gəldi
“Qalatasaray”ın qələbəsi - Video
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı