"Qarabağ" Çempionlar Liqası səviyyəsindədir" - "Şaxtyor"un futbolçusu

"Qarabağ" Çempionlar Liqası səviyyəsindədir" - "Şaxtyor"un futbolçusu
XƏBƏR 30 Yanvar 2019 / 10:39 2748
-  A +

​"Deməzdim ki, "Qarabağ" "Hayduk"dan  zəifdir. Bu, güclü komandadır. Onlar Çempionlar Liqası, Avropa Liqası səviyyəsindədir".

Qol.az-ın məlumatına görə, bu sözləri Donetsk "Şaxtyor"unun müdafiəçisi Sergey Krivçov Türkiyədə təlim-məşq toplanışı çərçivəsində "Qarabağ"la keçirilən yoxlama oyunları barədə "Komanda 1"ə müsahibəsində deyib.

O, Ağdam klubu ilə matçda rəqiblə müayisədə daha yaxşı təsir bağışladıqlarını bildirib: "Çünki daha çox hazırlaşmışdıq. Biz yaxşı rəqiblə oynadıq. Ona görə də Türkiyədəki hər iki matç hazırlığımız üçün faydalı idi. "Qarabağ"la görüşdə isə komandanın oyunu daha yaxşı alındı".

Qeyd edək ki, "Şaxtyor" "Qarabağ"a 3:1 hesabı ilə qalib gəlib.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner