"Milan" yarımfinalda - İtaliya kuboku

"Milan" yarımfinalda - İtaliya kuboku
XƏBƏR 30 Yanvar 2019 / 02:27 3882
-  A +

İtaliya kubokunda ilk yarımfinalçı müəyyənləşib.

Qol.az-ın məlumatına görə, 1/4 final mərhələsində doğma azarkeşləri önündə "Napoli"ni 2:0 hesabı ilə məğlub edən "Milan" adını növbəti mərhələyə yazdırıb. "Rossonyerlər"in hər iki qolunu yeni transfer Kşiştof Pyontek vurub.

Qeyd edək ki, bu mərhələnin digər matçları "Fiorentina" - "Roma", "Atalanta" - "Yuventus" və "İnter" - "Latsio" komandaları arasında oynanılacaq.


İtaliya kuboku, 1/4 final mərhələsi

29 yanvar

"Milan" - "Napoli" - 2:0
Qollar:
K. Pyontek, 11 (1:0), 27 (2:0)


30 yanvar

"Fiorentina" - "Roma"

"Atalanta" - "Yuventus"


31 yanvar

"İnter" - "Latsio"

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner