Nazarov komandasını xilas edə bilmədi

Nazarov komandasını xilas edə bilmədi
XƏBƏR 30 Yanvar 2019 / 01:28 1575
-  A +

Almaniya ikinci bundesliqasında 19-cu tura start verilib.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma keçirilib. Milli komandamızın üzvü Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge" klubu səfərdə "Maqdeburq"un qonağı olub. Görüşün taleyini 1 qol həll edib. 44-cü dəqiqədə Feliks Lokemberin vurduğu qol meydan sahiblərinə qələbə qazandırıb. Oyuna ehtiyatda başlayan Nazarov 81-ci dəqiqədə meydana daxil olsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Qeyd edək ki, "Erzgebirge" 19 turdan sonra 22 xalla 12-ci pillədədir.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner