Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi
XƏBƏR 29 Yanvar 2019 / 22:00 2344
-  A +

Portuqaliya Sequndasında 19-cu turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Renat Dadaşovun çıxış etdiyi "Eştoril" "Braqa"nın B komandasını qəbul edib. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.  Görüşün 83-cü dəqiqəsində - hesab 2:1 olarkən meydana daxil olan Dadaşov heç nə ilə yadda qalmayıb.

Qeyd edək ki, "Eştoril" 33 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner