"Neftçi" "Qarabağ"la oyunun hazırlığına başladı

"Neftçi" "Qarabağ"la oyunun hazırlığına başladı
XƏBƏR 29 Yanvar 2019 / 18:34 1829
-  A +

"Neftçi" Topaz Premyer Liqasının 15-ci turunda qarşılaşacağı "Qarabağ” ilə oyunun hazırlığına başlayıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Antalya toplanışından sonra fasiləyə buraxılan komanda bu gün bazasında məşqə çıxıb. Məşqdə toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Qeyd edək ki, fevralın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Neftçi” oyunu saat 18:30-da başlanacaq.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner