Üçüncü dəfə "Yuventus"da - Rəsmi

Üçüncü dəfə "Yuventus"da - Rəsmi
XƏBƏR 29 Yanvar 2019 / 17:56 5095
-  A +

"Yuventus" Qətərin "Al-Duxayl" klubuna satdığı müdafiəçi Mehdi Benatianın boşluğunu doldurub.

Qol.az-ın Turin təmsilçisinin rəsmi saytına istinadən yaydığı xəbərə görə, "qoca sinyora" sabiq futbolçusu Martin Kasaresi heyətinə qatıb. "Latsio"dan icarəyə götürülən uruqvaylı oyunçu bu mövsümün sonuna kimi "ağ-qara" formanı geyinəcək.

Qeyd edək ki, bu, Kasaresin "Yuventus"a 3-cü transferidir. 31 yaşlı müdafiəçi daha əvvəl 2009-2010 və 2012-2016 mövsümlərində bu komandada çıxış edib.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner