"Qəbələ" Bakıda məşqlərə başladı

"Qəbələ" Bakıda məşqlərə başladı
XƏBƏR 29 Yanvar 2019 / 15:41 1155
-  A +

“Qəbələ” Topaz Premyer Liqasının XV turunun hazırlıqlarına start verib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışından sonra iki günlük istirahətə buraxılan komanda Bakıda bir araya gəlib. “Sumqayıt”la fevralın 3-də keçiriləcək qarşılaşmanın ilk hazırlığı Bakı Olimpiya Stadionunda gerçəkləşib. Günün ilk yarısına təsadüf edən məşq prosesi iki hissədən ibarət olub. Futbolçular əvvəl fiziki hazırlıq keçiblər. Ardınca meydanda məşq edən oyunçular əsasən toplu çalışmaları yerinə yetiriblər. Komandanın növbəti məşqi sabah paytaxtda keçiriləcək.

Xatırladaq ki, "“Qəbələ” – “Sumqayıt” oyunu fevralın 3-ü saat 14:00-da başlayacaq. Matç Qəbələ şəhər stadionunda oynanılacaq.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner