PAOK Pedronun qayıdışını açıqladı

PAOK Pedronun qayıdışını açıqladı
XƏBƏR 28 Yanvar 2019 / 17:38 2516
-  A +

Mövsümün ilk yarısını icarə əsasında "Astana"da keçirən Pedro Enrike müqavilə ilə məxsus olduğu PAOK-a qayıdıb.

Qol.az-ın xəbərinə görə, bu barədə yunan klubunun rəsmi saytı açıqlama yayıb.

Məlumatda braziliyalı futbolçunun 2017-ci ilin yayında - transfer pəncərəsinin son günündə “Qarabağ”a keçməsi və Ağdam klubunun heyətində ən böyük arzularından biri olan Çempionlar Liqasında oynaması, həmçinin onun ÇL-in qrup mərhələsində Azərbaycan təmsilçisinin ilk qolunun (“Roma” ilə oyun – 1:2) müəllifi kimi tarixə düşməsi də qeyd olunub.

Xatırladaq ki, Pedronun PAOK-la 2020-ci ilin yayına qədər müqaviləsi var. O, ötən mövsüm icarə əsasında "Qarabağ"da oynayıb.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner