Azərbaycan Yazıçılar Birliyinin katibi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bu gün özünün Feysbuk səhifəsində maraqlı paylaşım edib.
Qol.az xəbər verir ki, paylaşımda R.Məcid hələ 2009-cu ildə “Qarabağ”la Norveç “Rusenborq”u arasında keçirilmiş oyundan öncə baş vermiş maraqlı hadisə haqda qeydlər edib. Həmin paylaşımı təqdim edirik:
“Redaksiyaya gəlirdim, təsadüfən Rəşad Sadıqovla rastlaşdım. Sən demə, müsahibə üçün “Qol.az”a gəlibmiş. Görüşdüm və xatırladım, ona da xatırlatdım: 2009-cu il iyulun 23-ü, Ağdamın işğalı günündə “Qarabağ”ın Norveçin “Rusenborq” komandası ilə oyununu. Oyundan bir gün qabaq Aqil Abbasla birlikdə oyunçularla görüşmüşdük. Mən orada demişdim ki, sabah bütün stadion dolacaq, mənim adaşım Rəşad Sadıqov bir qol vuracaq və biz 1:0 udacağıq. Oyun günü də bunu qəzetlər yazmışdı. Dediyim kimi də oldu!!! Səhərisi gün “Yeni Müsavat” qəzetində Xalid Kazımlı “Samir Sarı” imzası ilə “Bir Rəşadın falı, bir Rəşadın qolu” adlı məqalə yazdı. O zamanlar məndən soruşmuşdular ki, bunu necə hiss etdiniz. Demişdim ki, son 15 ildə heç vaxt Allaha bu qədər səmimi qəlbdən, saf, təmənnasız yalvarmamışdım. Sonra Rəşad Sadıqov da müsahibələrində demişdi ki, topun qapıya girəcəyini mən də təxmin eləmirdm. Bu, nəsə başqa cür oldu. “Rusenborq”un qapıçısı isə demişdi ki, o top qapıya girməməli idi, onu külək elədi.)) 10 il qabaq baş verən bu hadisədə mistik məqam indiyədək beynimdə yaşayır. Rəşadla görüşümüzdə bunları ona da dedim. Əlavə elədim ki, həmin gün - Ağdamın işğalının 16-cı ildönümündə sən o qolla yüzminlərlə insanı sevindirdin. Və bu qədər insanı sevindirmək, xoşbəxt etmək missiyası həyatda hər adama nəsib olmur. Məncə, bu, Tanrının Rəşad Sadıqova bəxş etdiyi bir lütf idi!”
Rəşad Sadıqovun “Rusenborq”a vurduğu həmin tarixi qol
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər
“Mançester Yunayted”in ÇL üçün heyəti açıqlandı
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti
Avropada 16 klub üçün ilk - “Sabah” da siyahıdadır
“Liverpul”un yeni transferi kimdir?
“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov
"Neftçi"dən ayrılan Piriç bu kluba keçdi
İsveçrə millisinin üzvü "Torino"da
Türkiyəli mütəxəssis Azərbaycan millisindən getdi
"Sabahın Ulduzları": 8-ci tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Taliska "Fənərbaxça"dan getdi
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi