"Trabzonspor" xal itirdi - Türkiyə Superliqası

"Trabzonspor" xal itirdi - Türkiyə Superliqası
XƏBƏR 28 Yanvar 2019 / 00:49 2505
-  A +

Türkiyə Superliqasında 19-cu turun görüşləri davam edir.

Qol.az-ın məlumatına görə, 3-cü oyun günündə daha 3 qarşılaşma keçirilib. "Rizəspor" evdə "Akhisar"ı, "Konyaspor" isə "Antalyaspor"u məğlub edib. "Trabzonpor" isə xal itkisi ilə üzləşib. Qaradəniz təmsilçisi səfərdə "Sivasspor"un müqavimətini qıra bilməyib - 1:1.

Tura bu gün yekun vurulacaq.

Qeyd edək ki, "Trabzonspor" 30 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Bir oyun az keçirən lider "Başakşəhər"in 38 xalı var. "Qalatasaray" 35 xalla 2-cidir. 31 xalı olan "Malatyaspor" 3-cü, 31 xala malik "Konyaspor" isə 4-cü sırada yer alıb.


Türkiyə Superliqası, 19-cu tur

27 yanvar

"Rizəspor" - "Akhisar" - 3:1
Qollar:
E. Kokaliç, 14 (0:1), D. Melnyak, 70 (1:1), V. Muriç, 72 (2:1), P. Nakulma, 82 (3:1)

"Konyaspor" - "Antalyaspor" - 2:0
Qollar:
M. Yevtoviç, 11 (1:0), N. Skubiç, 56 (2:0)

"Sivasspor" - "Trabzonspor" - 1:1
Qollar:
A. Kone, 73 (1:0), A. Parmak, 75 (1:1)

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner