Bundesliqada 19-cu tura darmadağınla yekun vuruldu

Bundesliqada 19-cu tura darmadağınla yekun vuruldu
XƏBƏR 28 Yanvar 2019 / 00:09 2168
-  A +

Almaniya bundesliqasında 19-cu tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, turun son oyununda darmadağın qeydə alınıb. Səfərdə "Fortuna"nın qonağı olan "Leyptsiq" rəqibin qapısından 4 cavabsız top keçirib.

Bu qələbədən sonra xallarının sayını 34-ə yüksəldən "Leyptsiq" 4-cü sıradakı yerini qoruyub. "Fortuna" isə 21 xalla 14-cü sırada qərarlaşıb.

Qeyd edək ki, turnir cədvəlinə 48 xalla "Borussiya" (Dortmund) başçılıq edir. 42 xalı olan "Bavariya" ikincidir. Münhenqladbax "Borussiya"sı isə
39 xalla ilk 3-lüyü tamamlayır.

Almaniya bundesliqası, 19-cu tur

27 yanvar

"Fortuna" - "Leyptsiq" - 0:4
Qollar:
Y. Poulsen, 2 (0:1), İ. Konate, 9 (0:2), Y. Poulsen, 16 (0:3), K. Laymer, 68 (0:4)

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner