Neymar "Mançester Yunayted"ə qarşı oynayacaqmı?

Neymar "Mançester Yunayted"ə qarşı oynayacaqmı?
XƏBƏR 27 Yanvar 2019 / 15:57 2815
-  A +

Fransa kubokunun "Strasburq"la oyununda (2:0) zədələnən PSJ-nin hücumçusu Neymar Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Yunayted"ə qarşı oynaya bilər.

Qol.az-ın xəbərinə görə, bu barədə Fransanın "Telefoot" nəşri məlumat yayıb. Bildirilib ki, braziliyalı futbolçunun fevralın 12-də keçiriləcək matçda az da olsa, meydana çıxmaq şansı var.

Qeyd edək ki, ayağından zədə alan Neymarın bir neçə həftə oynamayacağı bildirilmişdi.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner