Pedro "Astana"dan ayrılıb, sabiq klubuna qayıtdı

Pedro "Astana"dan ayrılıb, sabiq klubuna qayıtdı
XƏBƏR 27 Yanvar 2019 / 13:37 3296
-  A +

"Astana" ötən ilin yayında PAOK-dan icarəyə götürdüyü Pedro Enrike ilə yollarını ayırıb.

Qol.az-ın Yunanıstan mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə braziliyalı yarımmüdafiəçi şəxsi "İnstaqram" səhifəsində məlumat paylaşıb. Qazaxıstan klubu ilə vidalaşan futbolçu müqavilə ilə məxsus olduğu PAOK-a qayıdıb.

Qeyd edək ki, Pedro ötən mövsüm icarə əsasında "Qarabağ"ın da formasını geyinib. Onun "Astana" ilə yay qədər müqaviləsi var idi.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner