Millimizin üzvü oynadı, komandası uduzdu

Millimizin üzvü oynadı, komandası uduzdu
XƏBƏR 27 Yanvar 2019 / 11:10 1327
-  A +

Millimizin müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi "Aleksandriya" klubu Antalya toplanışında ilk yoxlama oyununu keçirib.

Qol.az-ın məlumatına görə, Ukrayna klubu Bolqarıstan "Botev"i ilə qarşılaşıb. Görüş "Aleksandriya"nın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Paşayev meydana ikinci hissədə - hesab 0:1 olarkən daxil olub.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner