"Sevilya"dan darmadağın, "Atletiko"dan inamlı qələbə

"Sevilya"dan darmadağın, "Atletiko"dan inamlı qələbə
XƏBƏR 26 Yanvar 2019 / 21:08 3808
-  A +

İspaniya La Liqasında 21-ci tura start verilib.

Qol.az-ın məlumatına görə, açılış oyununda "Sevilya" və "Levante" komandaları üz-üzə gəliblər. Qarşılaşma meydan sahiblərinin 5:0 hesblı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra xallarının sayını 36-ya çatdıran "Sevilya" 3-cü pilləyə yüksəlib. "Levante" isə 26 xalla 10-cu sıradadır.

Günün ikinci oyununda isə "Atletiko" "Xetafe"ni 2 cavabsız qolla məğlub edib. Madrid klubu bu qələbə sayəsində bir oyun az keçirən lider "Barselona"ya yaxınlaşıb.

Qeyd edək ki, turnir cədvəlinə 46 xalı olan "Barselona" başçılıq edir. "Atletiko" 44 xalla 2-cidir. "Sevilya" ilə eyni - 36 xala malik "Real" isə 4-cü pillədədir.


İspaniya La Liqası, 21-ci tur

26 yanvar

"Sevilya" - "Levante" - 5:0
Qollar:
V. Ben Yedder, 48 (1:0), A. Silva, 60 (2:0), F. Vaskes, 71 (3:0), P. Sarabiya, 80 (4:0), K. Promis, 90 (5:0)

"Atletiko" - "Xetafe" - 2:0
Qollar:
A. Qrizmann, 27 (1:0), S. Niqyuez, 47 (2:0)

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner