Kipr futzal millimizə rəqib oldu

Kipr futzal millimizə rəqib oldu
XƏBƏR 25 Yanvar 2019 / 22:08 1397
-  A +

19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının əsas mərhələsindəki sonuncu rəqibi müəyyənləşib.
 
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, ilkin seçmə mərhələnin oyunlarında ardıcıl 3 qələbə qazanan Kipr yığması B qrupunun qalibi olub və əsas mərhələdə çıxış etmək hüququ qazanıb.

Qeyd edək ki, yığmamız Sloveniya, Hollandiya və Kiprlə birgə 2-ci qrupda yer alıb. Bu qrupun oyunları martın 26-dan 31-dək Sloveniyada təşkil olunacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner