Messi milliyə nə vaxt qayıdacaq?

Messi milliyə nə vaxt qayıdacaq?
XƏBƏR 24 Yanvar 2019 / 18:35 2389
-  A +

"Barselona"nın hücumçusu Lionel Messinin Argentina millisinə qayıdacağı tarix açıqlanıb.

Qol.az-ın "Goal.com"a istinadən yaydığı xəbərə görə, 31 yaşlı futbolçu mart ayında Venesuela ilə keçiriləcək yoldaşlıq oyununda yenidən yığmanın formasını geyinəcəyi bildirilib. Görüş İspaniyada, "Atletiko"nun ev oyunlarını keçirdiyi "Vanda Metropolitano" stadionunda olacaq.

Qeyd edək ki, Messi sonuncu dəfə ötən ilin yayında Rusiyada keçirilən dünya çempionatının 1/8 finalının Fransa ilə oyununda (3:4) Argentina millisinin formasını geyinmişdi.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner